İdmançımız ermənini məğlub edib yarımfinala çıxdı

23 Aprel 2021 17:42

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yunan-Roma  güləşi yarışlarında 63 kq-da mübarizə aparan Taleh Məmmədov erməni idmançı ilə üz-üzə gəlib.

Məmmədov Qraçya Poqosyan üzərində qələbəyə sevinib və yarımfinala vəsiqə əldə edib.

Milli.Az