Azərbaycanlı qız Türkiyə səfiri qarşısında İstiqlal Marşını dedi - VİDEO

23 Aprel 2021 19:12

Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı qardaş ölkənin Bakıdakı səfirliyində də qeyd olunub.

Milli.Az oxu.az-a istinadla bildirir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı "Twitter" hesabında paylaşım edib.

"TBMM-in yaradılmasının 101-ci ildönümünü təbrik edirəm. 23 aprel Milli Suverenlik və Uşaq Bayramını qardaş ölkənin paytaxtı Bakıda istiqbalımızın və gələcəyimizin təminatçısı uşaqlarımızla qeyd etdik. Suverenlik qeyd-şərtsiz millətindir", - deyə səfir bildirib.

Cahit Bağçı həmçinin səfirlik binasında Bakı Türk Anadolu liseyinin şagirdlərini qəbul edib. Görüş zamanı ikinci sinif şagirdi Samirə İsmayılova Türkiyə səfiri qarşısında İstiqlal Marşını söyləyib.

Milli.Az