İnsayderlər Chrome brauzerinin Android versiyasında yeni funksiya aşkar ediblər və həmin funksiya online mağazalardan istifadə edənlər üçün çox yaxşı tanışdır. Belə ki, brauzerin Android versiyası kənar əlavələrdən istifadə etməyərək müxtəlif növ məhsulların qiymətlərinin monitorinqini aparmağı öyrənib. Sözügedən funksiya Chrome 90-nın stabil versiyasının bir sıra istifadəçiləri üçün artıq istifadəyə verilib. Chrome-un desktop versiyasında olan əlavələr kimi bu yeni funksiya online mağazalardakı məhsulların qiymətlərini monitorinq etməyə imkan verir.
Qeyd etmək lazımdır ki, Google bu funksiyanı rəsmi olaraq hələ anons etməyib. Sözügedən funksiyanı aktivləşdirmiş insayderlər onun çalışma mexanizmi barəsində məlumat verməsələr də funksiyanın brauzerdə necə aktivləşdirilməsini qeyd ediblər. Bu funksiyadan istifadə etmək üçün brauzerin URL hissəsində chrome://flags/#enable-tab-grid-layout əmrini yerinə yetirmək lazımdır. Sözügedən əmri yerinə yetirəndən sonra brauzerin ayarlar menyusunda bu funksiyanın aktivləşdirilməsi düyməsi ortaya çıxacaq. Bununla yanaşı brauzerin iki dəfə yenidən işə salınması lazım ola bilər. Güman olunur ki, funksiya brauzerdəki baxış tarixçələrini analiz edir və izlənən məhsulun qiymətinin aşağı düşməsi halında bu barədə bildiriş göndərir.
Milli.Az