Ağadadaş Ağayevin səhhəti necədir? - Oğlundan açıqlama

23 Aprel 2021 16:14

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Türkiyədə əməliyyat olunub.

Milli.Az xəbər verir ki, müğənninin oğlu Səbuhi Ağayev axşam.az-a açıqlamasında atasının səhhətindən danışıb.

"Atam yaxşıdır. Bir neçə gün əvvəl əməliyyat olundu. Hələ Türkiyədədir. Bu haqda çox açıqlama vermək istəmirik" deyə, o, bildirib.

Qeyd edək ki, A.Ağayev  xərçəngdən əziyyət çəkir. Müğənni Türkiyədə xəstəxanaya yerləşdirilib.

Milli.Az