Britaniyada son sutkada 32 nəfər koronavirusdan ölüb

24 Aprel 2021 22:33

Böyük Britaniyada son sutka ərzində 2061 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 403 170 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 32 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 417 nəfərə çatıb.

Milli.Az