Dünyada ilk dəfə - Pişik koronavirusdan öldü

23 Aprel 2021 15:34

İngiltərədə pişik koronovirus səbəbindən ölüb.  İnglis alimlər pişikdən alınan nümunələrdə COVID-19 virusunun olduğunu müəyyən ediblər. Pişiyin 4 aylıq Ragdoll cinsindən olduğu deyilir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, pişiyin sahibi koronovirus xəstəsi olub və heyvan virusu sahibindən tutub. Qeyd edək ki, COVID-19 simptomunu daşıyan pişiklərdə burun axıntısının olduğu deyilir.

Milli.Az