Rusiyada təyyarə qəzaya uğradı - 2 nəfər öldü

23 Aprel 2021 14:54

Rusiyanın İrkutsk vilayətinin Çeremxovsk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi yayıb.

Bildirilib ki, təyyarə rayonun Rısevo qəsəbəsi yaxınlığında yerə düşüb.

İlkin məlumata əsasən, təyyarə kustar üsulla düzəldilib. Qəzanın səbəbi araşdırılır.

Milli.Az