Türkiyədən Rusiyaya MÖHTƏŞƏM CAVAB: Darmadağın edildi - VİDEO

23 Aprel 2021 13:01

Türkiyənin Baykar şirkətinin ərsəyə gətirdiyi Akıncı TİHA-sının ilk test görüntüləri böyük müzakirələrə yol açıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, test zamanı Akıncı şərti hədəfi ilk atışda dəqiqliklə vuraraq darmadağın edib. Baykar texnologiyasının yaradıcısı Səlcuk Bayraktar isə Akıncı TİHA-sının ilk test görüntülərini paylaşaraq "Animasiya deyil" yazaraq rus dronlarına "söz atıb".

Xatırladaq ki, ötən həftə Rusiyanın yayımladığı animasiyada "Lancet" dronunun Bayraktar aparatını vurduğu əks olunub. Dövlət televiziyası tərəfindən yayımlanan "Bayraktarın şansı yoxdu" başlıqlı görüntülərdə iddia edilib ki, "Lancet"pilotsuz uçuş aparatlarını məhv etmək iqtidarındadır.

Milli.Az