Bu ölkədə oksigen BÖHRANI yaşanır

23 Aprel 2021 13:54

Pandemiya dövründə gündəlik yoluxma sayı 324 mini keçən Hindistanda oksigen ehtiyacı böhrana çevrilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Dehlinin əyalət naziri məlumat yayıb. Nazir qeyd edib ki, gündəlik olaraq 700 ton oksigenə ehtiyacları var.

Digər tərəfdən, xəstəxanalar bildirir ki, bu vəziyyət 5-6 gündür davam edir.

Oksigen tədarükçüsü ilə əlaqə qurula bilmir.

Qeyd edək ki, Hindistan 2 aprel tarixindən bəri dünyada gündəlik ən çox yoluxma qeydə alınan ölkədir.

Milli.Az