YARAT möhtəşəm layihəyə başlayır - Birinci Bakı Beynəlxalq küçə fotoqrafiyası festivalı

23 Aprel 2021 12:02

YARAT Müasir İncəsənət Məkanı 1-ci Beynəlxalq Bakı Küçə Fotoqrafiyası Festivalını (BKFF) təqdim edir. BKFF - küçə fotoqrafiyası janrında ən yaxşı əsərləri bir araya gətirən beynəlxalq fotoqrafiya festivalıdır. Karantinin uzun ayları ərzində, hamımız parlaq hadisələr üçün darıxmışıq və şəhərimizin, onun binaları və küçələrinin gözəlliyini yeni tərzdə qəbul etməyi öyrənmişik...

2021-ci ilin festival müsabiqəsinin mövzusu - "Küçələr fokusda" seçilmişdir. Ağac yarpaqlarında işıq oyunu, təsadüfi keçən insanların simaları, sənaye landşaftları sizi valeh edirsə, əgər siz hər hansı hekayəni fotoqrafiya vasitəsilə çatdıra bilirsinizsə və ya sadəcə anları bir kadrla tutmağı sevirsinizsə, o zaman sizi küçə fotoqrafiyası festivalında iştirak etməyə dəvət edirik. Festival YARAT Müasir İncəsənət Məkanın (Azərbaycan) və fotoqraf, səyyah Andrey Qlazkovun (Rusiya) təşəbbüsü ilə təşkil olunub.

Festival bir-birini tamamlayan iki elementdən, müsabiqə və təhsil proqramlarından ibarət olacaq. Festivalın təşkilatçılarının başlıca məqsədi gənc fotoqraflar nəsli üçün əlverişli şərait yaratmaqdır. Festival proqramı gənc fotoqraflara öz istedadlarını ortaya çıxarmağa, yeni təcrübə qazanmağa və fotoqrafiya sənətinin ən populyar və dinamik istiqamətlərindən birində öz bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün nəzərdə tutulmuşdur.

Hamımız üçün çətin olan bu dövrdə 1-ci Bakı Küçə Fotoqrafiyası Festivalının komandası, sadəcə fotoqrafların dəstəklənməsi yox, həm də bir müəllif kimi öz sözlərini deməsi üçün onlara meydança yaradılmasını çox vacib hesab edir.

Biz, fotoqraflar və rəssamların demək olar ki, həmişə "azdanışan" olmaları barədə iddiaları təkzib edirik. Qonaqlarımız Azərbaycan, Rusiya, Gürcüstan, İtaliya və ABŞ-dan olan peşəkar fotoqraflar olacaqlar. Onlar Zoom konfransları və Instagram efirləri formatında sizinlə ünsiyyət qurmağa, öz bacarıqlarını, təcrübələrini və emosiyalarını bölüşməyə hazır olacaqlar. Qəhrəmanlarımız həyatlarında baş verən səyahətlər, planlar, inanılmaz və gülməli vəziyyətlərdən bəhs edəcəklər.

Proqram çərçivəsində, istedadlı fotoqrafların ortaya çıxmasına və bizə bir az daha yaxın olmalarına kömək etməyə çalışacağıq. Bütün efirlər axşam saatlarında hamının izləməsi üçün əlverişli olan vaxtda və ya həftə sonlarında keçiriləcək. Festival çərçivəsində onlayn və oflayn sərgilər, kitab təqdimatları və diskussiyalar da keçiriləcək.

Festivalın "Küçələr fokusda" adlı müsabiqə hissəsində iştirak etmək üçün, yaşadığı ölkədən asılı olmayaraq, 14 yaşdan yuxarı fotoqraflar dəvət olunur.

Dəvət olunmuş münsiflər heyəti müsabiqə çərçivəsində daxil olan bütün ərizələri nəzərdən keçirəcək və qalibləri 4 nominasiyada mükafatlandıracaq ("Bir kadr", "Silsilə", "Mobil telefon fotosu" və "Analoq fotoqrafiyası").

Müsabiqə Canon və DiVi şirkətlərinin dəstəyi ilə təşkil olunur.

Münsiflər heyətinin və mühazirəçilərin tərkibinə tanınmış azərbaycanlı və xarici fotoqraflar daxil olacaq: Sənan Ələsgərov, Andrey Qlazkov, Fəxriyyə Məmmədova, Vüqar Əmrullayev, Adil Yusifov, Elmar Mustafayev, Mark Rafaelov, Xalid Zeynalov, Natavan Vahabova, Orxan Aslanov, Rauf Əsgərov, Valeh Məhərrəmov, Elşən İbrahimov.

Müsabiqədə iştirak etmək üçün sadəcə www.bakustreetphoto.az səhifəsinə daxil olaraq şəkilləri kompüterinizdən yükləmək və ya fotolarınızı [email protected] e-poçt ünvanına göndərmək lazımdır. Ərizələrin qəbul tarixi başa çatdıqdan sonra, siz e-poçt vasitəsilə iştirak haqqında təsdiq alacaqsınız.

İştirak etmək üçün fotoşəkillərinizi #streetinfocuscontest #bakustreetphoto2021 həştaqları ilə müsabiqənin Instagram səhifəsinə də yükləyə bilərsiniz.

***

Ərizələrin təqdim edilməsi üçün son tarix: 25 iyul 2021-ci il.

*Müsabiqədə iştirak ödənişsizdir.

***

Dəvət olunmuş xarici fotoqraflar:

Harvi Uenq (ABŞ), İqor Muxin (Rusiya), Jan Mark Karaççi (Fransa), Darya Troitskaya (İtaliya), Konstantin Nosaçev (ABŞ), Saşa Van Der Verf (ABŞ), Nikolay Dutkin (Rusiya), Rebekka Uiltşir (Avstraliya), Mehran Çerançi (İran) və başqaları.

Dəvət edilmiş fotoqraflar (Azərbaycan):

Rafael Qəmbərov, Asim Talıb, Mirnaib Həsənoğlu, İlqar Cəfərov, Rüfət Abas, Eldar Əkbərov, Emil Xəlilov, Sevinc Aslanova, Aqdes Bağırzadə, Vüqar İbadov, Sitara İbrahimova, Nana Qafarova, Zaur Mirzəyev, İlkin Hüseynov, Eltac Zeynalov, Məcid Əliyev, İlkin Yagubov və başqaları.

Dəvət olunmuş qonaqlar:

Lado Poçxua (ABŞ), Elene Kapanadze (Gürcüstan), Fariza Babayeva (Azərbaycan), Bəhruz Hüseynzadə (Azərbaycan), Bəhram Bağırzadə (Azərbaycan), Vyaçeslav Sapunov (Azərbaycan) və başqaları.

***

Festivalın tərəfdaşları:

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA), Azərbaycan Fotoqraflar Birliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Bakı Media Mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, Bakı Kitab Mərkəzi, ArtsCouncil Azərbaycan, Tbilisi Fotoqrafiya və Multimedia Texnologiyaları Muzeyi, "Urban Street Photo" qalereyası, "Art Factor" Agentliyi, Orxan Aslanov studiyası, United Coffee Beans, DJ Rameen və b.

İnformasiya tərəfdaşları:

Trend.az, Day.az, Milli.az, Azernews.az, "Nargis" jurnalı, "Баку" jurnalı, AZƏRTAC, Mədəniyyət TV, CBC TV, 1news.az

Festival proqramı, xəbərlər və tədbirlər haqqında ətraflı məlumatlar www.bakustreetphoto.az saytında təqdim olunacaq.

Ətraflı məlumat və sorğular üçün əlaqə: +99412 5051414; +99450 246 9292, [email protected]