Koronavirusa qarşı yeni dərman hazırlanır: Evdə müalicə üçün

25 Aprel 2021 14:33

Bu ilin payızına qədər dünyada COVID-19-un müalicəsi üçün ilk həblər hazırlana  bilər.

Milli.Az Lent.az-a istinadla bildirir ki, bu haqda İngiltərənin baş naziri Boris Conson açıqlama verib.

Onun sözlərinə görə, sağlamlıq mütəxəssisləri dərmanla üçüncü xəstəlik dalğası zamanı mübarizə aparıla biləcəyini proqnozlaşdırırlar.

Conson, peyvəndlər və kütləvi testlərlə birlikdə antiviral dərmanların COVID-19-a qarşı üçüncü müdafiə üsulu ola biləcəyini irəli sürüb.

Milli.Az