İnsan alveri qurbanına çevrilmək riskləri artıb - Nazir müavini

23 Aprel 2021 11:52

Ötən il ərzində Azərbaycanda insan alverinə qarşı mübarizə səngməyib, daha da gücləndirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.

S.Əzimov bildirib ki, panemiya olmasına baxmayaraq insan alveri qurbanına çevrilmək riskləri artıb.

Onun sözlərinə görə, insan alveri qurbanlarının 50 faizi cinsi istismara, 38 faizi məcburi əməyə, digər hissəsi isə dilənçilik, insan orqanlarının alqı-satqısı və digər cinayətlərin payına düşür.

Milli.Az