Gələcəkdə növbəti dalğalar qaçılmazdır - TƏBİB rəsmisi - VİDEO

23 Aprel 2021 11:51

Hazırda pandemiyanın üçüncü dalğası adlandırdığımız mərhələyə sonuncu dalğa demək doğru olmaz.

Milli.Az bildirir ki, bunu Trend TV-yə  açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, gələcəkdə koronovirusa yoluxmada yenidən yüksəliş yaşana bilər:

""Avropada dedilər ki, bu sonuncu dalğadır, yenidən artım olmayacaq" fikrinə arxayın olmaq olmaz. Biz öz qoruma tədbirlərimizi ehtiyatlı və güvənli şəkildə davam etdirməliyik".

Həkim-infeksionistin Trend TV-yə açıqlamasını təqdim edirik.

Milli.Az