Vilayət Eyvazov mayora yeni vəzifə verdi

23 Aprel 2021 11:29

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Ceyhun Qurbanov Qəbələ rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək Qəbələ RPŞ-də istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az