Sevil və Sevinc bacıları ittiham olundular - VİDEO

23 Aprel 2021 12:14

Müğənnilər Sevil və Sevinc Səfərovaların Rusiyaya ucuz qiymətə oxumağa gedən ifaçıların ünvanına səsləndirdiyi "Moskvaya göyərti qiymətinə toya getmək olmaz" fikirləri qalmaqal yaradıb.

Milli.Az axşam.az-a istinadəb xəbər verir ki, "MTV" kanalına müsahibə verən müğənni Niyam Salami bacıları bu sözlərinə görə sərt tənqid edib:

"Sevil Sevinc bacıları yaşlarına uyğun danışsalar yaxşı olar. Həmyerlimdilər. Xətirlərini də çox istəyirəm. Heç kimin başqasının bağlı qapısından xəbəri yoxdur. Oradaki müğənniləri mən tanıyıram, bilirəm kim haradadır. Əgər bacıların pulu varsa, gətirsinlər həmin müğənnilərə versinlər. Desinlər ki, borc verirəm, qaytararsan. Heç kim kefindən öz torpağını atıb getməz.

Ümumiyyətlə, hər yerdə müğənniləri daş-qalaq edirlər. Toy oldu, olmadı. Nəsə də olanda zəif bənd kimi ancaq müğənnini seçirlər. Onlar belə sənətçilər haqqında elə fikirləşməməlidirlər. Mənə də çatıb ki, filankəs filan qiymətə oxuyur orada. Pərdəarxası məqamları bilmədən belə danışmasınlar.

Bu yaxınlarda kişi müğənnilərdən biri (Meyxanaçı namiq Qaraçuxurlu - red.) elə sözlər dedi ki, guya biz ifaçılar müharibədən sonra səhv edib efirlərə çıxmışıq. Biz oxumamalıyıq. Bircə bu düzgün edib ki, oxumayıb.

Məni ələ salan adamlar çoxdur. Barmen, fəhlə işləmişəm. Biri dedi ki, aşpazdır, getsin yeməyini bişirsin. Toylara getməyən müğənni sənətçi deyil".

Milli.Az