İki futbolçu millidən kənarlaşdırıldı - İntim videosuna görə

23 Aprel 2021 11:04

Fransa Futbol Federasiyası iki futbolçunu cəzalandırıb.

Milli.Az "apasport.az"a istinadən xəbər vrir ki,  "Nitsa"nın müdafiəçisi Uilyam Saliba və "Brayton"un gənclər komandasının üzvü Ulrix Eneme-Elya diskvalifikasiyaya məruz qalıb.

Buna səbəb adıçəkilən oyunçuların intim videosu yaymalarıdır. 20 yaşlı Saliba şərti olaraq bir ay müddətinə millidən kənarlaşdırılıb. Onun həmyaşıdı olan Ulrixin cəza müddəti isə üç aydır. Ancaq onlar klublarında oynaya biləcəklər.

Qeyd edək ki, Uilyam Saliba müqavilə ilə "Arsenal"a məxsusdur və "Nitsa"da icarə əsasında çıxış edir. Hər iki futbolçu aşağı yaş qrupu üzrə yığmanın üzvüdür.

Milli.Az