Məşhur model gizlətdiyi eşqini açıqladı - FOTO

23 Aprel 2021 10:54

Dünyaca məşhur braziliyalı model Adriana Lima yeni sevgilisi ilə bağlı paylaşım edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Instagram"da sevgilisi ilə əl-ələ fotosunu paylaşıb.

39 yaşlı model "Bu da mənim sirrim, çox sadə. İnsan yaxşı və düzgün olanı ancaq ürəyi ilə görə bilir. Gözlər həqiqəti görə bilməz", - deyə paylaşımında qeyd edib.

Onun paylaşımına ispan dilində "Səni sevirəm" yazması da diqqətlərdən yayınmayıb.

Milli.Az