Hərbi Dəniz Qüvvələrinin şəhid matrosu - VİDEO

23 Aprel 2021 10:49

Bəybala Əliyev Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub

Milli.Az Real TV-ə istinadən bildirir ki, İndi sizə böyük ruh yüksəliyi ilə hünər meydanına atılan şəhid Əliyev Bəybala Fazil oğlundan bəhs edəcəyik. O, 22 oktyabr 1996-cı ildə Gədəbəy rayonunun Səvətkeçməz kəndində anadan olub. Tam orta təhsilini bitirdikdən sonra Hərbi Dəniz Qüvvələrində kəşfiyyatçı-matros olaraq xidmət edib. Xidməti zamanı Türkiyədə hərbi kurslarda təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Hərbi Qüvvələrində kəşfiyyatçı kimi xidmət edib, dəfələrlə fəxri-fərmanlarla təltiflənərək snayperçi kursuna əlavə hərbi təhsilə göndərilib.

2020-ci il 27 sentyabrından döyüşlərdə iştirak edib və Ağdərə rayonunun azad olunmasında böyük şücaət göstərərkən döyüşdüyü ərazidə şəhidlik məramına yüksəlib. 8 dekabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.

Kəşfiyyatçı hərbçimiz Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. İki aydan çox nəşi tapılmayan şəhidimiz 08 dekabr 2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub.

Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətəni vətən edən Şəhidimiz, ruhun şad olsun!

Milli.Az