İçməli su təchizatı yaxşılaşdırılır - VİDEO

23 Aprel 2021 11:44

Yevlaxda sutəmizləyici qurğu və anbar kompleksi inşa edilir

Milli.Az Real TV-ə istinadən bildirir ki, Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi sutəmizləyici qurğu və anbar kompleksi inşa olunur.

Yevlax şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Kür çayı seçilib və çayın sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi layihələndirilib.

Çaydan götürülən suyun mövcud durulduculara və təmizləyici qurğulara ötürülməsi məqsədilə sugötürücü qurğunun inşası və 5 ədəd nasosun quraşdırılması nəzərdə tutulub.

Layihənin növbəti mərhələsində şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq. Yevlax şəhərində 135 km içməli su şəbəkəsi tikiləcək və abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılacaq. Tullantı su şəbəkəsinin isə 33 km-lik hissəsinin yenidən qurulması planlaşdırılır. Bununla da şəhərdə mövcud tullantı su şəbəkəsinin uzunluğu 125 km-ə çatdırılacaqdır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan təmizləyici qurğunun tikintisi də layihələndirilib.

Milli.Az