Mucize doktor”un aktyoru yeni serialda

23 Aprel 2021 09:24

Sonuncu dəfə "Mucize doktor" serialında çəkilən aktyor Reha Özcanın yeni layihəsi bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor "Seksenler" serialında rol alacaq.

R.Özcanın hansı obrazı canlandıracağı isə hələlik açıqlanmayıb.

Aktyor yeni işi səbəbi ilə çox həyəcanlı olduğunu deyib:

"1965-ci ildə doğulduğum üçün 80-ci illər mənim həyatımda önəmli yerə sahibdir. Bu illərin hekayəsindən bəhs edən ekran işində rol aldığım üçün çox xoşbəxtəm".

Qeyd edək ki, serial "TRT1" telekanalında yayımlanır.

Milli.Az