Bakıda ağır yol qəzası: Ölən və xəsarət alanlar var

23 Aprel 2021 09:00

Bakı şəhərinin Suraxanı rayonunda "BMW" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az