İsveçli hücumçu Zlatan İbrahimoviç İtaliyanın "Milan" futbol klubu ilə müqaviləni yeniləyib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib.
Məlumata əsasən, 39 yaşlı oyunçu ilə yeni müqavilə bir mövsüm uzadılıb.
Z.İbrahimoviç "Milan"da 2020-ci ildən bəri oynayır, bundan əvvəl o 2010-2012-ci illərdə komandanı təmsil edib.
Milli.Az