Saatlıda avtomobil piyadanı vuraraq öldürüb

22 Aprel 2021 23:49

Saatlı rayonunun Soltanabad kəndində yol qəzası qeydə alınıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "VAZ 2106" markalı avtomobil yolu keçən Saatlı rayonunun Soltanabad kənd sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Qədir Fazil oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az