İrəvanda etirazlar: 14 nəfər saxlanılıb

22 Aprel 2021 23:11

İrəvanda Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası zamanı 14 nümayişçi polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü Edqar Djanoyan bildirib.

Nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər.

Etiraz mitinqi zamanı polislə qarşıdurma olub.

Milli.Az