Mariya Stadnik səkkizqat Avropa çempionu oldu

22 Aprel 2021 21:19

Azərbaycan güləşçisi Mariya Stadnik səkkizqat Avropa çempionu olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finala gedən yolda güləşçimizin rəqibi ukraynalı idmançı olub. Rəqibini məğlub edən M.Stadnik Avropa çempionatının finalına yüksəlib. Aprelin 22-də qızıl medal uğrunda görüşdə idmançımız Bolqarıstan təmsilçisi Miqlena Selişkaya qalib gəlib və səkkizqat Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medala sahib olublar.

Milli.Az