"Real"ı Çempionlar Liqasında şok cəza gözləyir!

22 Aprel 2021 20:39

UEFA Madrid "Real"ını cəzalandırmağa hazırlaşır.

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, qurum "kral klubu"nu bu mövsüm qitənin bir nömrəli turniri olan Çempionlar Liqasından çıxarmağı planlaşdırır. Belə olacağı təqdirdə "Çelsi" birbaşa finala yüksələcək.

İspaniya nəhənginin yeni mövsümdə də turnirdən kənarlaşdırılması ilə bağlı vəkillərlə gərgin iş prosesi gedir.

Səbəb isə klubun prezidenti Florentino Peresin Avropa Super Liqası turnirinin yaradılmasına rəhbərlik etməsidir.

Milli.Az