Mənzurə efirdə bu sualın cavabını verə bilmədi, pərt oldu

22 Aprel 2021 18:42

Müğənni Mənzurə Musayeva suyun tərkibi olan H2O-nun nə olduğunu bilməyib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, yayımlanan "Elgizlə İzlə" verilişində qonaq olan ifaçı musiqi kollecini bitirdiyini deyib:

"Texnikomu bitirmişəm, musiqi kollecində müəllimə də işləyirəm. Mənim sahəm ədəbiyyatdır, musiqidir".

Efir zamanı Mənzurə aparıcı Elgizin ona ünvanladığı "H2O nəyin tərkibidir?" sualına, cavab verməkdə çətinlik çəkib.

Milli.Az