Rusiya qoşunlarını geri çəkir

22 Aprel 2021 16:42

Rusiya Ukrayna ilə sərhəddəki qoşunlarını geri çəkir.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, Rusiya mənbələrinə istinadən xəbər verir ki, Moskva bölgədə qarşıya qoyulan tapşırıqların yerini yetirildiyini əsas gətirərək, Cənub və Qərb Hərbi Dairələrində keçirilən təlimlərin yekunlaşdırılması barədə qərar verib. Bu barədə Müdafiə Naziri Sergey Şoyqu Krımda keçirilən Cənub Hərbi Dairəsi qoşunlarının və Hava Desant Qüvvələrinin qəfil yoxlamalarının yekunlarına həsr olunmuş toplantısında deyib.

Milli.Az