Yaşlı kişi avtobusda məktəbliyə qarşı əxlaqsız hərəkətlər etdi

22 Aprel 2021 17:46

Avtobusda yaşlı kişi azyaşlı məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiyanın Yaroslavl şəhərində baş verən hadisə avtobusun müşahidə kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda kişinin yanında oturan məktəblini sıxışdıraraq, onun dizlərini sığallamağa başladığı görünür. Uşaq onun hərəkətindən qorxaraq yerini dəyişir.

Hadisə prokurorluq orqanlarının diqqətini cəlb edib. Pensiyaçının kimliyi artıq müəyyənləşib. Onun barəsində "14 yaşına çatmayan şəxslərə qarşı seksual xarakterli hərəkətlər" maddəsi ilə cinayət işi açılıb.

Milli.Az