Dünyada koronavirusa günlük yoluxma sayında rekord

24 Aprel 2021 23:52

Son sutkada 893 mindən çox koronavirusa yoluxma qeydə alınıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu, dünyada koronavirusa yoluxmada günlük rekorddur.

Bundan öncə ən yüksək göstərici yanvarın 8-də qeydə alınmışdı - 819 min yoluxma.

Dünya miqyasında yoluxma sayının artması Hindistanda yaşanan qorxunc yoluxma sayı ilə əlaqələndirilir.

Ümumilikdə, dünyada koronavirusa yoluxma sayı 146 milyonu ötüb.

Milli.Az