“Yeni klinika”nın direktoru və baş həkimin tutulma anı - ƏMƏLİYYAT VİDEOSU

22 Aprel 2021 14:35

Koronavirus xəstələrinin müalicəsi həyata keçirilən "Yeni Klinika"nın direktoru Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin həbs görüntüləri yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüntülərdə həbs edilən şəxslərin rüşvət alarkən yaxalanması əks edilib.

Qeyd edək ki, hər iki şəxs Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyatla həbs olunub.

Görüntüləri təqdim edirik.

Milli.Az