“Mirələmov dostumdur, bu məsələni məndən soruşmayın“ - Deputat

22 Aprel 2021 17:11

Sabiq deputat, 76 yaşlı Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosundan sonra sosial şəbəkə istifadəçiləri onun Ağsaqqallar Şurası üzvlüyündən çıxarılması barədə təkidlər səsləndirirlər.

Milli.Az xəbər verir ki, yenisabah.az bildirir ki, onların fikrincə, bu cür video ilə gündəmə gələn H.Mirələmovun Azərbaycanın ağsaqqalı kimi təqdim edilməsi düzgün deyil.

Modern.az H.Mirələmovun Ağsaqqallar Şurasında bundan sonrakı aqibəti haqqında məlumat almaq üçün qurumla əlaqə saxlayıb.

Şuranun sədr müavini, deputat Eldar İbrahimov sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb:

"Bəlkə bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən... olubdur...".

Milli.Az