"Real" Zidanla bağlı qərarını açıqladı

22 Aprel 2021 15:34

"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti mövsüm də Madrid təmsilçisini çalışdıracaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Florentino Peres məlumat verib: "Real"ı növbəti mövsüm Zidansız təsəvvür edə bilmirəm".

Qeyd edək ki, "Kral klubu" hazırda La Liqada 70 xalla liderdir. "Atletiko" eyni xallla 2-cidir. "Real" Çempionlar Liqasında da çıxışını davam etdirir. Komanda yarımfinalda aprelin 27-i "Çelsi" ilə qarşılaşacaq.

Milli.Az