İtaliya A seriyasının 32-ci turunda "Parma" ilə oyunda (1:3) Kriştiano Ronaldo etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, ilk hissədə "Parma"nın yarımmüdafiəçisi Qaston Bruqmanın cərimə zərbəsindən hesabı açdığı epizodda Turin təmsilçisində canlı sədddə olan futbolçulardan təkcə Kriştiano Ronaldo tullanmayıb. O, əvəzində qolu ilə üzünü örtüb. Top isə Ronaldonun başının üzərindən tora daxil olub.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az