Əli Rusiyaya gedən həmkarlarına atmaca atdı - “Kafe aşığı deyiləm” - VİDEO

22 Aprel 2021 12:34

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aşıq Əli Tapdıqoğlu olub.

Milli.Az xəbər verir ki, məşhur aşıq digər həmkarları kimi pandemiya dövründə maddi durumunun zəiflədiyini etiraf edib:

"Son zamanlar üzərimdə nə nəğd pul, nə də kart saxlayıram. Pandemiya mənə də təsir edib, kasıblamışam".

Sənətçi həmkarlarının Rusiyaya toya getməsinə də münasibət bildirib:

"Kim Moskvaya gedir özü bilər. Amma mən kafe aşığı deyiləm. Ora gedənlər çörək üçün gediblər. Mənim də pula ehtiyacım var. Amma... Ammaları qorumaq lazımdır".

Milli.Az