Vilayət Eyvazov daha bir polis zabitini Lənkərandan Sumqayıta gətirdi

22 Aprel 2021 11:29

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Yelmar Mehdiyev vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə Y. Mehdiyev Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi təyin edilib.

Milli.Az