Modelimiz gözəllik müsabiqəsinə qatılacaq - Həyatımda bir kişi var, o da... - FOTO

22 Aprel 2021 10:59

Azərbaycanlı top-model Kristina Zamir Rusiyanı beynəlxalq gözəllik müsabiqəsi Miss Glamourfaces World-də təmsil edəcək.

Milli.Az xəbər verir ki, Bakıda anadan olan model sonradan valideynləri ilə Moskvaya köçüb. Karyerasını Dubayda qurmağa başlayaraq burada ilk gözəllik müsabiqəsində iştirak edib.

Bu gün ən titullu olan azərbaycanlı gözəl hər müsabiqələrdə Azərbaycanı təmsil etdiyini deyir.

Model "Moskva-Baku" portalına müsahibəsində Dubayda olsa belə Azərbaycan ənənələrini qoruyub saxladığını vurğulayıb. Həyatında kiminsə olub-olmadığı barədə suala "Həyatımda bir kişi var, o da atamdır" deyə model bildirib.

Kamran
Milli.Az