Çantasındakı smartfon partladı, gənc alovlara büründü - VİDEO

22 Aprel 2021 15:44

Gənc yolda gedərkən çantasındakı telefon qəfil partlayıb və alovlara bürünüb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə anı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlarda yanğının ani müddətdə gəncin paltarına keçdiyi görünür. Nəticədə smartfonun sahibi yanıq xəsarəti alıb.

Şahidlərin sözlərinə görə, hadisəyə səbəb telefonun batareyasının zədələnməsi olub.

Milli.Az