"Məhkəmə uşağımı məndən aldı"

22 Aprel 2021 09:06

Türkiyəli aktrisa Meral Kaplan ilə iş adamı Erhan Kanioğlu arasında boşanma məhkəməsi sona çatıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məhkəmə keçmiş cütlüyün 6 yaşlı qızının vəlayətini atasına verib. Aktrisa məhkəmə salonundan çıxarkən göz yaşlarına hakim ola bilməyib:

"Uşağım doğulandan məhkəmələrdəyəm, şiddət görsəm də sübut edə bilmədim. Məhkəmə uşağımı məndən aldı. Təzminat ödəməyimi də tələb etdilər. Mən geri çəkilmədiyim üçün uşağım əlimdən alındı, amma buna icazə verməyəcəyəm".

Milli.Az