Gürcüstan Prezidenti müxalifətçini əfv edəcək - FOTO

22 Aprel 2021 08:12

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif "Mtavari" telekanalının həmsahibi Georgi Ruruanın əfv edilməsi barədə aktı gələn həftənin əvvəlində imzalayacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə hakim partiyanın nümayəndəsi, deputat Şalva Papuaşvili bildirib.

"Aprelin 27-də, gələn həftə müxalifətin iştirakı ilə amnistiya haqqında qanun qəbul ediləcək, bundan sonra Prezident dərhal Ruruanın əfv edilməsi barədə akt imzalayacaq", - "Sputnik Gürcüstan" Papuaşvilinin sözlərini sitata gətirir.

Daha əvvəl S.Zurabişvili bildirimişdi ki, hakimiyyətlə müxalifətin siyasi böhrandan çıxmaq üçün saziş imzalayacağı halda Ruruanı əfv edəcək.

Milli.Az