Daha bir məşhur qəzet çökdü

30 Yanvar 2012 16:20
Milli.Az "The Local"a istinadən bildirir ki, qəzetin ön səhifəsində yazılıb: "La Tribune vous salue bien" ("La Tribune sizinlə vidalaşır").

Qəzetin taleyini Parisin Kommersiya Məhkəməsi həll edib. Məhkəmə qəzetin sahibliyinə iki potensial namizəd - "La Financiere Patrimoniale d'Investissement" investisiya fondu və "France-Economie-Regions" regional media qrupu arasında seçim edib. Sonucda "France-Economie-Regions" müsabiqənin qalibi sayılıb.

Şirkət qəzeti həftəlik nəşrə çevirəcəyini və "La Tribune" əməkdaşlarının 75 faizini işdən kənarlaşdıracağını bildirib.
165 işçisi olan qəzetdə 75 jurnalist işləyir.

1985-ci ildən bəri nəşr olunan, Fransanın ən populyar qəzetlərindən birinə çevrilən "La Tribune" son vaxtlar "Les Eschos"la rəqabətə davam gətirməyib.

Milli.Az