Mllimizdən böyük hesablı qələbə

21 Aprel 2021 17:53

Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası son yoxlama oyununu keçirib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq çərçivəsində birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşan  millimizin 3:0 hesablı qələbə qazanıb. U-18-in qollarını Bahadur Quliyev, Ağadadaş Salyanski və Qurban Səfərov vurub.

Milli.Az