Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır

21 Aprel 2021 19:12

Rusiya ABŞ-ın 10 diplomatını persona-non qrata elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Qeyd olunur ki, bununla bağlı ABŞ səfirinin müavininə nota təqdim olunub. Həmin diplomatların mayın 21-dən ölkəni tərk etməsi tələb olunub.

Xatırladaq ki, ötən həftə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib və 10 rusiyalı diplomatı ölkədən çıxardığını elan edib.

Milli.Az