Alma sifarış etdi iPhone gəldi

27 Aprel 2021 08:41

İngiltərədə supermarketin saytında alış-veriş edən 50 yaşlı Nick James, alma sifariş etdikdən sonra maraqlı sürprizlə qarşılaşıb. Sifariş verdiyi məhsulları almağa gedən müştəri birdən yeni iPhone SE ilə qarşılaşıb.

Milli.Az techland.az-a istinadən bildirir ki, sürprizindən xeyli təəccüblənən James xoşbəxtliyini bu sözlərlə dilə gətirib: "Çərşənbə axşamı onlayn sifarişimizi götürməyə getdik və gözlənilməz hədiyyə ilə qarşılaşdıq: Apple iPhone SE. "

Supermarket şəbəkəsinin bu şəkildə onlayn sifariş verən 80 fərqli müştəriyə hədiyyələr payladığı bildirilir. Paylanan hədiyyələr arasında AirPods və Galaxy Fit 2 kimi məhsullar da var.

Milli.Az