Stadnik yarımfinalda

21 Aprel 2021 16:34

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 50 kq-da mübarizə aparan qadın güləşçimiz Mariya Stadnik yarımfinala vəsiqə qazanıb.

O, 1/4 finalda rusiyalı Yekaterina Poleşçuka 11:0 hesabı ilə qalib gəlib.

Milli.Az