Futbol hakimi koronavirusa yoluxdu

21 Aprel 2021 17:59

Türkiyə Super Liqasına təyinat alan futbol hakimlərindən biri koronavirusa yoluxub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Xəbərdə, koronavirus testi pozitiv çıxan hakimdə simptom görünmədiyi, lakin karantinə alındığı diqqətə çatdırılıb.

10 günlük təcrid olunan referinin kimliyi açıqlanmayıb.

Milli.Az