Həmyerlimiz oynadı, komandası uduzdu

30 Yanvar 2012 15:34
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Amit Quluzadənin də şərəfini qoruduğu Türkiyənin "Kayseri Erciyesspor" klubu ötən gün Bank Asya liqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Kayseri təmsilçisi səfərdə "Konyaspor"la qarşılaşıb.

Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Matçın taleyini isə bir qol həll edib. Serkan Şahinin 69-cu dəqiqədə vurduğu qol oyunda yeganə olub - 1:0.

Qeyd edək ki, start heyətində meydana çıxan Amit matçın 71-ci dəqiqəsində əvəzlənib.  

Milli.Az