"Mayın 8-də Şuşada Türkiyə ilə hərbi parad keçirilməlidir"- Millət vəkili

21 Aprel 2021 16:39

"Rusiya sülhməramlılarının bəzi sürprizlərinə səbr və təmkinlə, eyni zamanda adekvat addımlarla cavab verməliyik".

Milli.Az xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa sosial media hesabında qeyd edib.

Deputat bildirib ki, Xankəndində parad keçirmək onlarının tərəfsizliyi pozması aktıdır və bu bizim gələcəkdə verəcəyimiz qərarlarda bir fakt olaraq diqqətə alınacaq.

Milli.Az