Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX

21 Aprel 2021 16:32

Xarici hakerlər Rusiyanın koronavirusa qarşı vaksinlərinin hazırlanması barədə məlumatları ələ keçirməyə çalışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kompüter İnsidentləri üzrə Milli Koordinasiya Mərkəzinin direktor müavini Nikolay Muraşov deyib.

Onun sözlərinə görə, 2020-ci ildə qeydə alınan kompüter hücumlarının böyük əksəriyyəti dövlət idarəetmə obyektləri, maliyyə sektoru, hərbi-sənaye kompleksi, elm, səhiyyə obyektlərinə yönəlib.

Qeyd olunub ki, hakerlər əsasən koronavirus vaksinlərinin hazırlanması ilə bağlı elmi tədqiqtların nəticələrinə maraq göstərib. Ötən il ərzində haker hücumları ABŞ, Çin, Almaniya və Niderland ərazilərindən qeydə alınıb.

Milli.Az