Səhiyyə naziri canlı yayımda zəhərli bitki çayı içdi

21 Aprel 2021 16:06

Qırğızıstan Səhiyyə naziri Alımkadır Beyşenaliyev zəhərli yovşan bitkisinin yeni növ koronavirus (Covid-19) xəstələrinin müalicəsində istifadə edildiyini və təsirli olduğunu irəli sürüb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bundan sonra nazir  canlı yayımda həmin bitkidən hazırlanmış çayı qəbul edib.

Nazirin bu çıxışından sonra iki qırğız vətəndaşı  bitkini dəmləyərək içib. Hər iki şəxs xəstəxanalıq  olub. Xəstəxana  zəhərlənən şəxsləri  nəzarətə götürüb.  

Belə ki,  xəstələrin yovşandan uzun müddətdir terapevtik məqsədlər üçün istifadə etdikləri və 2 gün əvvəl dozanın artırılması nəticəsində vəziyyətlərinin pisləşdiyi bildirilib.

Milli.Az